Misir Futbol Assosiasiyası Rusiya ilə oyundakı hakim idarəçiliyindən narazıdı.

Unikal.org xəbər verir ki, Misir FİFA-ya şikayət etməyi planlaşdırır. Bu barədə federasiya prezidenti Hani Abo Rida məlumat verib. O, bildirib ki, xüsusən iki epizodla bağlı kəskin narazılıqları var:

"Hakimlərdən FİFA-ya şikayət edəcəyik. Marvan Mohsen cərimə meydançasında yıxılarkən hakim VAR sistemindən yararlanmadı. Amma orda təmiz penalti vardı.

Əhməd Fəthinin avtoqolu zamanı ona qarşı kobudluq edilmişdi. Ancaq hakim bu məqamı da nəzərə almadı. Biz, şikayət etmək hüququmuzdan imti na etməyəcəyik.

Misir Rusiyaya 1:3 hesabı ilə məğlub olaraq, qrupdan çıxmaq şansını itirib.