"Qarabağ" və Sloveniyanın "Olimpiya" komandaları arasında futbol üzrə Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək hər iki oyunun vaxtı və stadionları açıqlanıb.

Unikal.org UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk görüş iyulun 11-də Lyublyanadakı "Stojitse" stadionunda olacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Cavab qarşılaşması isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 21:00-da start götürəcək.