SON XƏBƏRLƏR
21 Iyul 2018
20 Iyul 2018
Gürcüstanda albinos qaranquş tapıldı
KRİMİNAL 10:47 / 22.06.2018
Gürcüstanın Qardabani rayonunun Krtsanisi kəndində nadir qaranquş tapılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, kənd sakinlərindən birinin evinin divarında yuvada tamamilə ağ rəngdə olan qaranquş diqqəti cəlb edib. Yuvada olan iki qaranquşdan biri adi, digəri isə albinos qaranquşdur.

Qeyd edək ki, qaranquşlar arasında albinizmə olduqca nadir hallarda rast gəlinir. Albinos qaranquşlar adi qaranquşlardan daha zəif olur. Onların günorta saatlarında görmə qabiliyyəti zəifləyir. Rəng fərqinə görə albinos qaranquşlar adi qaranquşlar tərəfindən çox vaxt qəbul olunmur.