SON XƏBƏRLƏR
17 Iyul 2018
16 Iyul 2018
Zəyəm və Böyük Kəsik stansiyalarının baş yolları əsaslı təmir olunur - FOTO
İQTİSADİYYAT 12:30 / 22.06.2018
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

Unikal.org xəbər verir ki, bugündən etibarən Zəyəm və Böyük Kəsik stansiyalarında 2 km uzunluğunda baş yollarının əsaslı təmirinə başlanılıb. Təmirişləri 3 gündavam edəcək.

Əsaslı təmirişlərini 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL” şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı vəəsaslı təmiri”  barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bugünə kimi 526 km dəmir yolu əsaslı təmir olunub.