Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri dairəsində nasaz vəziyyətdə yola çıxmış ağır tonnajlı yük maşını 135 saylı xətt üzrə hərəkət edən avtobusu vuraraq qəza törədib.

Unikal.org report-a istinadən xəbər verir ki, yüklə dolu "Shacman markalı, 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını "Xaliq Faiqoğlu şirkətinə məxsus "Daewoo markalı, 10 TG 031 nömrə nişanlı avtobusa çırpılıb. Avtobusun salonundakı sərnişinlər arasında ciddi xəsarət alan olmayıb.

Polis faktla bağlı araşdırma aparır.