Bakıda məşhur restoran bağlanıb.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, "Eleven Restaurant & Lounge" adlı restoran bu barədə Instagram hesabında elan paylaşıb.

Bildirilir ki, 7 ildir ki paytaxt sakinlərinə xidmət göstərən restoran ötən gündən fəaliyyətini tam dayandırıb. Məlumatda qeyd edilir ki, restoran yenidən daha böyük güclə qayıdacaq.

Qeyd edək ki, restoran "Park Inn" otelinin 11-ci mərtəbəsində yerləşirdi.