Ağstafa rayonunda taxıl sahəsi yanmağa başlayıb.

Unikal.org  "Report"a istinadən xəbər verir ki, yanğın rayonun "Şəkərli" stansiyasının yaxınlığında yerləşən taxıl sahəsində başlayıb.

İlkin məlumatlara görə, yanğına ərazidən keçən teplavozdan yaranmış qığılcım səbəb olub. 

Hazırda əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub və təxminən 15 hektar ərazisi olan taxıl sahəsində baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır.