Ali Məhkəmədə müdafiə nazirinin sabiq müavini Mehman Səlimov barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. 
 
Unikal.org xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib. 
  
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il azadlıqdan məhrum edilib. O, bəraət xahişi ilə hökmdən apellyasiya şikayəti versə də, müraciəti təmin olunmayıb. Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilib.

 
M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilib.