Şirvan şəhərində qətl hadisəsi törədilib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, şəhərin yaşayış yerindən kənarda Abbas Abbasov adlı şəxs çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Qətli törədən Əziz İbadov polisə təslim olub.

Faktla bağlı Şirvan prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.