Rusiyanın paytaxtı Moskvada dəhşətli qəza baş verib.

Unikal.org xəbər verir ki, hadisə Moskvanın mərkəzində Kutuzov prospektində qeydə alınıb. Saatda 200 km sürətlə hərəkət edən avtoxuliqan əvvəlcə 59 yaşlı qadını vurub, sonra mikroavtobusa çırpılıb. Nəticədə avtomobil alışıb və maşında olan 2 nəfər yanaraq kül olub.