Türkiyənin Sivas şəhərində mobil telefon mağazada partladı

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhər sakinlərindən biri batareyası şişən mobil telefonunu təmir və satış mağazasına gətirib.

Telefondan çıxarılan və stolun üzərinə qoyulan batareya anidən partlayaraq yanmağa başlayıb.

Usta cəld batareyanı götürərək çölə çıxıb və yararsız batareyanı zibil qabına atıb.