Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu göndərib.

Unikal.org xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Xorvatiya Respublikasının milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Xorvatiya münasibətləri dinamik və hərtərəfli inkişaf yolundadır. Ölkələrimizin strateji tərəfdaşlığı qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımız üçün geniş imkanlar açır. İnanıram ki, bu imkanlardan səmərəli istifadə etməklə dost xalqlarımızın rifahına töhfələr verəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və firavanlıq diləyirəm",

Azərbaycanın dövlət başçısı Sloveniya Prezidenti Borut Pahoru da təbrik edib.

Təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Sloveniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Sloveniya xalqına sülh və rifah arzulayıram",

Prezidenti İlham Əliyev Mozambikin dövlət başçısı Filipe Jasinto Nyusiyə də təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Mozambik əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm".