Salyanda avtomobil piyadanı vurub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndi ərazisində baş verib. Kənd sakini 2000-ci il t Qurbanov Məhəmməd Ziyafət oğlu yolu keçərkən "Ford Transit markalı mikroavtobus onu vurub.

Piyada açıq kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə komatoz vəziyyətdə yerləşdirilib.

Hadisə Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.