Rusiyada keçirilən dünya çempionatı davam edir.

Unikal.org-un məlumatına görə, qrup mərhələsində günün son qarşılaşmasında Almaniya İsveç önünə çıxıb. Gərgin oyunda hesabı isveçlilər açıb. İlk hissə bu hesabla başa çatsa da, "bundestim" ikinci yarıya qolla başlayıb. Roys hesabı bərabərləşdirib.

Oyuna əlavə olunmuş 5-ci dəqiqə isə Toni Kroos cərimə zərbəsindən fərqlənərək komandasına qələbə qazandırıb.