Efiopiyanın paytaxtında mitinq zamanı baş verən partlayışda sonra təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı saxlanılıb.

Unikal.org-un məlumatına görə, saxlanılanlar arasında paytaxt Addis-Abebanın polis komissiyasının komissarının müavini də olub.

Bildirilir ki, baş nazir partlayış nəticəsində xəsarət alanlara baş çəkib.

Qeyd edək ki, ötən gün Efiopiyanın paytaxtı Addis-Abebe şəhərində baş nazirində iştirak etdiyi mitinqdə partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər həlak olub, 156 nəfər isə yaralanıb. Baş nazir xəsarət almayıb.