ABŞ-ın Ayova ştatında neft daşıyan yük qatarı relsdən çıxıb.

Unikal.org bildirir ki, "BNSF" şirkətinə məxsus qatarın Dun şəhərinin yaxınlığında 32 vaqonu relsdən çıxıb. Qatar Kanadadan Oklahoma ştatında "ConocoPhillips" şirkəti üçün neft daşıyırmış.

Qatarın relsdən çıxması nəticəsində 5,5 min barrel (870 min litr) neft ətrafa dağılıb. Dağılan neftin yarısını toplamaq mümkün olub.