Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir. Səhər saat 8-də başlayan seçki marafonu saat 17:00-da bitəcək.

Unikal.org xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Məhərrəm İncə artıq səsvermə hüququndan istifadə edib.
Prezidentliyə namizəd ailə üzvləri ilə birlikdə Yalovada Saffet Çam orta məktəbinə gələrək səs verib. M. İncə səsvermədən sonra qısa açıqlama da verib: "Xeyirli-uğurlu olsun. Ən yaxşısı nədirsə, o cür olsun. Axşam Ankarada MSK-nın önündə olacam".