Türkiyənin sonuncu baş naziri Binəli Yıldırım da səsvermə hüququndan istifadə edib.

Unikal.org xəbər verir ki, B.Yıldırım İzmirdə Karabağlar Bahar Yıldırım orta məktəbinə gələrək səs verib.

Baş nazir səsvermədən sonra mətbuata açıqlama da verib: "Səsvermə hüququmuzdan istifadə etdik. Məmləkətimiz və millətimiz üçün xeyirli olsun. Bu seçkilərdə həm prezidenti, həm də millət vəkillərini seçirik. Yeni sistemdə Türkiyə yeni hədəflərə doğru inamla irəliləıməkdə davam edəcək. Seçkilərin bütün millətimizə barış və qardaşlığa vəsilə olmasını arzulayıram. Gözəl bir seçki keçirilir. İnsanlar kütləvi şəkildə səsverməyə gəlir".