Bu gün Abşeron rayonu Xırdalan şəhərində yanğın olub.L

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 104 m2 olan ikimərtəbəli evin 1 otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 30 m2sahədə və ev əşyaları qismən yanmışdır. Yanğın zamanı 3 azyaşlı yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Artıq yanğın bölmələr tərəfindən söndürülüb.