Hindistanın Maharaştra əyalətində bir qadın ona lağ edən həyat yoldaşı və qohumlarının yeməklərinə böcək dərmanı töküb.

Unikal.org xəbər verir ki, nəticədə 5 nəfər ölüb, 120 nəfər zəhərlənib.

23 yaşındakı Praqya Survasenin belə bir addım atmasına səbəb həyat yoldaşı və qohumlarının onun dərisinin rənginə və bişirdiyi yeməklərə lağ etməsi olub. O, qonaqlıqda servis edilən yeməklərə böcək dərmanı tökərək onları öldürmək istəyib.

Qadın artıq tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki. ölənlərdən 4-ü uşaqdır. Zəhərlənən 120 nəfər isə xəstəxanada müalicə alır.(olke.az)