Xəbər  verdiyimiz  kimi, Müdafiə sənayesi naziri Yavər Camalov dünən vəfat edib.

69 yaşlı Y. Camalov uzun müddət ağır xəstəlikdən əziyyət çəkib və günorta saatlarında Bakıda evində səhhəti qəfil pisləşib və dünyasını dəyişib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Y. Camalovu nazirin müavini Yəhya  Musayev əvəz edir.

Qeyd edək ki,  Y. Musayev Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib.