Hindistanın Madhya Pradeş əyalətində toydan çıxıb su almağa gedən qıza əmisi oğlu təcavüz edərək öldürüb.

Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, şadlıq evində iştirak edən ailə qızalarına kənardan  su almaq üçün icazə verib.Ancaq gecə saatlarına kimin qızlarının gəlmədiyini görən ailə polisə zəng edib.Araşdırmalara başlayan polis təhlükəsizlik kameralarındakı görüntüləri araşdırıb və 6 yaşlı qızın əmisi oğlu ilə uzaqlaşdığını müəyyənləşdirib.Görüntülərin sonuna yaxın gənc oğlan və azyaşlı qız təhlükəsizlik kameralarında görülməyib.Bundan 2 saat sonra oğlan yenidən kameralara düşsə də yanında əmisi qızı olmayıb.Bu kameralara düşən son görüntü olub.

Polisin araşdırmasından sonra azyaşlı qızın cəsədi 500 metr aralıda meşədə tapılıb.Məhkəmə-tibbi ekspertizası qıza təcavüz edilərək öldürüldüyü barədə qərar verib.Təhlükəsizlik kamerasına düşən əmisi oğlu törətdiyi cinayəti etiraf edib.O, qızı aldadaraq dondurma lmaq adı ilə ərazidən uzaqlaşdırdığını və ona təcavüz etdiyini bildirib.