Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə başa çatıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Yüksək Seçki Şurasının (YSK) qərarına görə, ölkə ərazisində keçirilən növbədənkənar prezident və parlament seçkilərində yerli vaxtla saat 08.00-da başlayan səsvermə 17.00-da başa çatıb.

Seçkilərin ilk nəticələrinin yeri vaxtla saat 19.00-dan sonra açıqlanması gözlənilir. 

Qeyd edək ki, Prezident seçkilərinə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyanın sədri Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş qatılıblar.