Rusiyada təşkil olunan dünya çempionatında tribunadakı iranlı qadın sosial şəbəkədə müzakirələrə səbəb olub.

Unikal.org istinadən xəbər verir ki, göbəyiaçıq geyimi ilə diqqət mərkəzində olan iranlı gənc qadının fotosu Feysbuk və Tvitterdə minlərlə dəfə paylaşılıb. O, geyiminə görə insanlar tərəfindən qınağa məruz qalıb.Belə ki, onun üzərində asdığı sənəddə başı bağlı foto çəkdirməsi, tirbunada açıq geyimi müzakirə olunur.

Qeyd edək ki, İran hökuməti 1979-ci ildən bu yana ilk dəfədir ki, qadınlara kişilərlə birgə futbola baxmağa icazə verib. Ölkə tarixində yenilik sayılan hadisə ilk dəfə Tehranda yerli stadionlardan birində DÇ-də iyunun 20-də İran-İspaniya oyununun canlı yayımı zamanı qeydə alınıb. Matçı izləmək üçün qadınlar arenaya axın ediblər. Əvvəlcə onları içəri buraxmasalar da, oturaq etirazdan sonra tribuna qadınlara açılıb.