Bu gün Türkiyədə keçirilən növbədənkənar parlament seçkilərində səslərin 12,3 faizi sayılıb.

Unikal.org xəbər verir ki, sayılan səslərə əsasən hakim Ədalət və İnkişaf Partiyası (AKP) 51,9 faiz, Milliyətçi Hərəkat Partiyası 13,1 faiz, Cümhuriyyət Xalq Partiyası 15,6 faiz, İyi Partiya 8,5 faiz, Xalqların Demokratik Partiyası (HDP) 7,3 faiz, Səadət Partiyası 1,3 faiz səs toplayıb.

Qeyd edək ki, AKP və MHP parlament seçkilərinə birgə blokda - "Cümhur ittifaqında qatılıb,  Böyük Birlik Partiyasının (BBP) namizədləri isə "Cümhur ittifaqında AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə "Millət ittifaqında qatılıb.