Kürdəmir rayonunda uşağın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü yerli sakin Hacıyev Murad İlkin oğlu Atakişili kəndində tonqal qalamaq istəyərkən ehtiyatsızlıqdan yanıb.

Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.