Müğənni Natavan Həbibi özünə bağ evi alıb.

Unikal.org-un məlumatına görə, bununla bağlı ifaçı "ATV maqazin onlarla verilişində deyib:

"Yaxın vaxtlarda Şüvəlanda dəniz kənarındakı evim tam hazır olacaq. Üç mərtəbəlidir. Hər şəraiti var. İstəyirdim, yoxum idi və mənə qismət oldu. Əlbəttə, kənardan baxıb deyirlər ki, hər gün kefdədirlər. Pul bunlarda, bütün günü oxuyub pul qazanırlar. Belə deyil axı. Nə əldə ediriksə, ilk növbədə əziyyətlə olur. Bu yaşımda ev qismət oldu mənə. Amma baxanlar deyir ki, bunların nələri yoxdur".