Müğənni Şəbnəm Tovuzlu keçmiş həyat yoldaşından danışıb.

Unikal.org xəbər verir ki, müğənni "Səhər-səhər proqramında şəxi həyatı ilə bağlı gizli məqamları açıqlayıb.

"Birinci dəfə ailə qurarkən gözəl qayınanam, baldızım olub. Mən oğlanın gözəlliyinə aldanıb, qoşulub qaçdım. 17 yaşım vardı, sevgi nədir bilmirdim, indi bilirəm. Gözəl oğlan idi, elə qızım da yaraşıqlıdır, atasına oxşayıb. Həyatdır, ayrıldıq. Ayrılanda da aliment istəmədim, çünki kasıb oğlan idi. Dedim ki, ata qayğısı, nəvazişi göstərsin, yetər. Biz ayrılanda hər iki tərəf uşağı sevdiyindən vermək istəmirdi. Mən dedim ki, Günelsiz yaşaya bilmərəm. Yoldaşım məndən 10 yaş böyük idi. Onda mənim 20, yoldaşımın 30 yaşı vardı".