DÇ-2018 tam həyəcanıyla davam edir.

Unikal.org xəbər verir ki, bu gün daha iki qrupda mübarizəyə yekun vurulacaq.

Əvvəlcə C qrupunun qarşılaşmaları oynanılacaq. 1/8 finala vəsiqəni ötən tur təmin etmiş Fransa Danimarka ilə görüşə 1-ci pillədəki yerini qorumaq üçün çıxacaq. Danimarka isə qalib gəlməyə məcburdur.  

D qrupunda isə vəziyyət qarışıqdır. Bütün diqqətlər Argentina millisində olacaq. Xorvatiya 1/8 finala vəsiqəni təmin edib. İslandiya, Argentina və Nigeriya isə 2-ci vəsiqə şansını saxlayır.

DÇ-2018. 3-cü tur

26 iyun

C qrupu

18:00. Danimarka - Fransa (AZTV, İctimai TV, TRT1)
Baş hakim: Sandro Riççi (Braziliya)
Moskva, "Lujniki" stadionu

18:00. Avstraliya - Peru (İdman Azərbaycan, TRT Spor)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Soçi, "Fişt" stadionu

D qrupu

22:00. Nigeriya - Argentina (İdman Azərbaycan, İctimai TV, TRT1)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

22:00. İslandiya - Xorvatiya (AZTV, TRT Sport)
Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)
Rostov-Don, "Rostov Arena"

Bombardirlər: Harri Keyn (İngiltərə) - 5, Kriştiano Ronaldo (Portuqaliya), Romelu Lukaku (Belçika) - 4, Dieqo Kosta (İspaniya), Denis Çerışev (Rusiya) - 3.