Bu gün DÇ-2018-in daha iki qrupun oyunlarına yekun vurulub.

Unikal.org xəbər verir ki, əsas diqqətlər D qrupuna yönəlib. Burada Nigeriya Argentina, İslandya isə Xorvatiya ilə qarşılaşıb. Xorvatlar pley-offa yüksəldiyindən bu görüş İslandiya üçün daha əhəmiyyətlidir. İslandiya qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalı idi. Lakin xorvatlar ardıcıl üçüncü görüşdə də qələbəni bayram ediblər.
Messinin kapitan olduğu Argentina millisi 1/8-ə yüksəlmək üçün mütləq Nigeriyaya qalib gəlməli idi. Matçın startında Messi hesabı açsa da, ikinci yarıda Nigeriya cavab qolu vurmağa müvəffəq olub. Lakin sona 4 dəqiqə qalmış vurulan qol Argentinanı 1/8 finala daşıyıb.