Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Londonda peşəkar kikboks yarışı təşkil edilib. Yarışın təşkilatçısı hazırda Londonda yaşayan, kikboks üzrə dörtqat dünya çempionu Hafiz Baxşəliyev Unikal.org-a məlumat verib:

"Bu yarışa Azərbaycan 7 idmançı ilə təmsil olunacaq. Yarış Londonun 2004-cü ildə boks yarışları üçün hazırlanmış tarixi "York Hall arenasında baş tutacaq. Yarışda İngiltərə, Polşa, Rumıniya, Litva, İsrail, İspaniya, İtaliyadan olan güclü idmançılar döyüşəcəklər. "King Of Kings (KOK - "Kralların kralı) adlı 4 nəfərlik turnirdə Azərbaycanı 71 kq Elxan Əliyev təmsil edəcək. Elxan bu turnirin galibi olarsa növbəti döyüşdə beynəlxalq titullar üçün rinqə çıxmağa vəsiqə qazanacaq.