Elşad Məmmədqulu oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Unikal.org-un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyunun 27-də bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, E.Əliyev Ali Məclis sədrinin digər fərmanı ilə bu gün Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini təyin edilib.