İyunun 27-də Samur-Abşeron su kanalının Qusar rayon Kuzun-qışlaq kəndindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan unikal.org-a verilən məlumata görə, tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belədir: yaşı 45-55, boyu 175-180 sm., arıq bədən quruluşlu, yumru sifətli, qara saçlıdır. Tapılan zaman onun əynində cins şalvar və qısaqol köynək olub. Meyit üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22; 023-385-28-03 şəhər və (050) 321-87-20; (070) 211-19-78 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.