"Sportinqdən ayrılan Bas Dost karyerasını Türkiyədə davam etdirəcək.

Unikal.org xarici mətbuatına istinadən xəbər verir ki, hücumçu "Fənərbaxça ilə razılıq əldə edib. Hollandiyalı futbolçu həmyerlisi Filipp Kokunun İstanbul nəhənginə baş məşqçi təyin edilməsindən sonra Türkiyəyə gəlməyə razılaşıb.

Ancaq klubla futbolçu arasında müqavilə FİFA-nın icazəsindən sonra imzalanacaq. Dost "Sportinq rəhbərliyi ilə qalmaqaldan sonra komandadan ayrılan futbolçulardandı. Hazırda bu məsələni FİFA araşdırır.