2018-ci ilin may ayında aprel ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,7 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,2 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,1 faiz ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən unikal.org-a verilən məlumata görə, ay ərzində balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri isə sabit qalıb.