Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyəyə rəsmi səfərə gedib.

Unikal.org xəbər verir ki, türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkçi Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bülent Tüfenkçi iki ölkə arasında ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün bu gün baş tutacaq"Azərbaycan-Türkiyə birgə gömrük komissiyasının ikinci toplantısında müzakirə ediləcəyini və belə tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətli olduğunu bildirib. Bu cür təmasların iki ölkə ticarətinin inkişafına təkan verəcəyini ifadə edən nazir xüsusilə qanuni ticarəti asanlaşdırmaq və qeyri-qanuni ticarətlə bərabər mübarizə aparmaq hər iki ölkənin gömrük əməkdaşlarının üzərinə əhəmiyyətli vəzifələr düşdüyünü söyləyib.

Nazir həmçinin yeni vəzifə münasibəti ilə Səfər Mehdiyevi də təbrik edib:

"Sələfiniz hörmətli Aydın Əliyevlə apardığımız yaxın iş birliyimiz sizin rəhbərliyiniz ərzində də güclənəcəyinə inanıram".

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Türkiyədə 24 İyunda keçirilmiş prezident seçkilərinin nəticələri münasibəti ilə naziri təbrik edib: "Azərbaycanda da seçkilərin nəticələri böyük sevinclə qarşılandı. Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq arenadakı mövqeyi güclənib.

Azərbaycan və Türkiyənin bir millət iki dövlət olduğunu vurğulayan Mehdiyev bütün sahələrdə olduğu kimi, gömrük sahəsində də əlaqələrin bundan sonrada inkişaf etdiriləcəyini dilə gətirib.