Tanınmış azərbaycanlı ifaçı, Dağıstanın əməkdar artisti Bəsti Bəkirova oğluna toy edib.
 
Unikal.org xəbər verir ki, müğənninin oğlunun toyuna şou biznesin bir çox tanınmış simaları qatılıb.
 
Onların arasında xalq artisti Aftandil İsrafilov, əməkdar artist Manana Çaparidze, müğənni Ruhəngiz Musəvi, Manaf Ağayev, aparıcı Sərxan Kərəmoğlu və başqaları da yer alıb.
 
Gecədə iştirak edən məşhurlar orada çəkilmiş görüntülərini sosial şəbəkədə paylaşıblar.
Qeyd edək ki, müğənni böyük oğlunu keçən il evləndirmişdi. Bu, B.bəkirovanın kiçik oğlunun toyudur.