ARB TV-nin "Səhər-Səhər verlişində maraqlı anlar yaşanıb.

Unikal.org xəbər verir ki, bu dəfə verilişin qonağı müğənni Roza Zərgərli olub.

Aparıcı Elgiz Əkbərin müğənnini efirə dəvət etməsinin ardından Əli Mirəliyev diz çökərək "Sevdim səni, Roza deyə mahnı oxuyub. Studiyaya girən R.Zərgərli də Ə.Mirəliyevin yanına gələrək diz çökərək onu qucaqlayıb.

Roza Zərgərli diz çökməsinin səbəbini də izah edib:

"Bu boyda böyük insan qarşımda diz çökürsə, mən nə çarəyəm? Üç gün, üç gecə belə dayanacağıq. Əli müəllimi illər boyu tanımışam və həmişə biz gənclərə lazım olan dərsimizi də verib.