Təcavüz iddiası ilə saxlanılan ağır atlet sərbəst buraxılıb.

Unikal.org xəbər verir ki, İspaniyada keçirilən 2018 Aralıq dənizi Oyunları zamanı təcavüz iddiasıyla tutulan Türk atletlər azad edilib.

Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Tamer Taşpınar məsələ ilə bağlı belə açıqlama verib:

"Belə bir iddianın əsassız olduğu ortaya çıxdı. İngiltərə vətəndaşı olan təcavüz davasını ortaya atan qadın polis bölməsinə gəlsə də ifadə vermədi. İfadə verməməsi "şikayətini geri çəkdi" deməkdir. Ortada heç bir təcavüz olmayıb".

Qeyd edək ki, oyunların təşkil edildiyi Tarraqona şəhərində dünən İngiltərə vətəndaşı olan bir qadına türk atlet tərəfindən təcavüz olunduğu iddia edilmişdi. Həmin idmançının adı gizli saxlanılıb.