Parlamentin son iclasında "Dövlət rüsumu haqqında qanuna dəyişikliklər edilib.

Unikal.org xəbər verir ki, belə ki, avto-nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu artırılıb.

Dəyişikliyə əsasən, 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 rəqəmləri olan avto nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda dövlət rüsumu 1500 manatdan 2000 manatadək artırılıb.

Seriya eyni olduqda rüsum 3000 manat (əvvəl 2500) təşkil edəcək.

Bundan başqa, 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 rəqəmləri olan nömrələrə seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500 manat (əvvəl) 1000), seriya eyni hərflərdən ibarət olduqda 2000 manat (1500) rüsum ödəniləcək.

Dəyişikliyə əsasən, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 rəqəmləri olan nömrələrə seriyası müxtəlif olduqda 1000 manat (əvvəl 500), seriyası eyni hərflərdən ibarət olduqda 1500 manata (1000) qaldırılması təklif edilir.