Tovuz rayonunda kütləvi dava olub. 

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə rayon mərkəzində yerləşən kafelərdən birində baş verib. 1990-cı il təvəllüdlü Abbasov Ruslan Arzuman oğlu kafedə tanımadığı 4 nəfər tərəfindən döyülərək kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib. Dava zamanı qarşı tərəfdən də xəsarət alanın olduğu bildirilir. Mübahisənin səbəbi hələlik məlum deyil. 
Faktla bağlı araşdırma aparılır.