İran dollara olan təlabatının bir hissəsini Azərbaycanın hesabına ödəyir. 

Unikal.org xəbər verir ki, bu sözləri İran prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Ekber Türkan Mərkəzi Bankın fəaliyyətini tənqid edərkən deyib. O hesab edib ki, bu günədək tümənin məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi prossesi Mərkəzi Bank tərəfindən gec aparılıb.

İranın rəsmi agentliyi Tasnim-in əməkdaşına açıqlama verən Türkan, ölkədəki valyuta bazarlarında yaşanan dalğalanmaları da qiymətləndirib.

Türkan, hökumətin valyuta məzənnəsini normalaşdırılması qərarının keçmiş illərə aid bir plan olduğunu ifadə edib. Amma buna isə vaxtı ikən Mərkəzi Bank tərəfindən maneəçilik törədildiyini deyib: "Mərkəz Bankı valyuta kurslarını normalaşdırılması qərarını təxirə salaraq valyutanın bu səviyyələrə gəlməsinə səbəb oldu. Amma hazırda isə dövlət tərəfindən xüsusi proqram tətbiq edilib. Bu proqram çərçivəsində sahibkalarla, xüsusən idxal-ixrac əməliyyatı aparan şəxslərə xüsusi güzəştlər edilir. Misal üçün bəzi İran vətəndaşları ölkədəki mülklərini sataraq əldə etdikləri pulu Türkiyə, Gürcüstan və Azərbaycanda dollara çevirib, təkrar İrana gətirirlər. Bu və ya digər iqtisadi ticari əməliyyatlar çərçivəsində hazırda İranda tümənin kursu sabitləşib.