Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un "Report"a istinadən verdiyi xəbərə görə, Zopun kənd sakini Həmzəyev Coşqun Nəribala oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.