Mərakeş millisinin və "Şalkenin yarımmüdafiəçisi Amin Arit ölümlə nəticələnən yol qəzasının iştirakçısı olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Mərakeşin mərkəzi küçələrindən birində baş verən qəza nəticəsində 28 yaşlı piyada ölüb. Polis qəzanı bədbəxt hadisə kimi qələmə verib.

Arit DÇ-2018-də İranla oyunun (0:1) ən yaxşısı seçilmişdi.