DÇ-2018-in 1/8 final mərhələsində keçirilən İspaniya - Rusiya oyunu tarixə düşüb.

Unikal.org-un məlumatına görə, FİFA-nın bir müddət öncə təsdiqlədiyi 4-cü əvəzetmədən ilk dəfə məhz bu rəsmi qarşılaşmada istifadə olunub. Oyun əlavə vaxta getdiyindən hər iki yığma 4-cü oyunçu dəyişikliyindən yararlanıb. Rusiyada 97-ci dəqiqədə Daler Kuzyayevin yerinə Aleksandr Yeroxin, İspaniyada isə 104-cü dəqiqədə Marko Asensionun yerinə meydana Rodriqo daxil olub.

Qeyd edək ki, İspaniya - Rusiya matçının əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan ev sahibləri 1/4 final mərhələsinə vəsiqə qazanıb.