Paytaxtın Suraxanı rayonu ərazisində qaldırıcı kran qəza törədib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Əmircan qəsəbəsindən keçən yolda 90-JR-964 dövlət nömrə nişanlı kranla. 99-CF-615 nömrəli "Mercedes" toqquşub. Nəticədə minik maşınının sürücüsü xəsarət alıb. Hadisə yerinə Suraxanı rayon Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

Famil Fərhadoğlu