Mingəçevir Su Elektrik Stansiyası (SES) gücləndirilmiş iş rejiminə keçib.

Unikal.org report-a istinadən xəbər verir ki, buna ötən gecə "Azərbaycan İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza səbəb olub.

Əldə edilən məlumata əsasən, yayda adi rejimdə Su Elektrik Stansiyasının 6 hidroaqreqatından 2 və ya 3-ü enerji istehsalına təhkim edilirsə, gücləndirilmiş rejimdə 5 və ya 6 hidroaqreqatın hər biri bütün gücü ilə istehsala cəlb olunur. Bu isə 6 hidroaqreqatın hər birinin saatda 70 MVt elektrik enerjisi istshsal etməsi deməkdir.

Qeyd edək ki, Mingəçevir SES-də aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra aqreqatların istehsal gücü 60 MVt/saatdan 70 MVt/saata çatdırılıb.