Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə baxmayaraq, Bakı şəhərində fəaliyyət göstərən bəzi marşrut avtobus sürücüləri sərnişinlərdən ödəniş tələb edirlər.

Bunu unikal.org-a paytaxt sakinləri bildiriblər.

Onların sözlərinə görə, hazırda 30, 32, 46 və 49 saylı marşrut avtobuslarında sərnişinlərdən gediş haqqı tələb olunur.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, tələblərə əməl etməyən daşıyıcılar cəzalandırılacaqlar: "Belə bir gündə verilən göstərişə əməl etməyən, əhalini narazı salan və işinə məsuliyyətsiz yanaşan daşıyıcı, şəxslər barəsində ən sərt tədbirlər görüləcək".