Əri Maarif Osmanovu bıçaqla qətlə yetirən Xudat şəhərində yaşayan Vüsalə Mirzəyeva saxlanılıb.

Unikal.org Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, iyulun 3-də saat 19 radələrində Xaçmaz rayonunun Xudat şəhərində yaşayan Vüsalə Mirzəyeva evində münaqişəsi zəminində əri Maarif Osmanovu bıçaqla qətlə yetirib.

V.Mirzəyeva Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.