Türkiyənin məşhur tekstil fabriklərinin birində yanğın baş verib.

Unikal.org-un Türkiyə mə istinadən məlumatına görə, Hadimköy qəsəbəsində yerləşən 3 mərtəbəli müəssisədə qeydə alınan yanğının qarşısını almaq üçün əraziyə yanğınsöndürən maşınlar cəlb olunub.

Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası cəlb edilib. Hazırda yanğının lokallaşdırılması üçün iş aparılır.

Yanğının səbəbləri barədə dəqiq məlumat yoxdur. Bildirilir ki, fabrikdəki kimyəvi maddələrin yanması səbəbiylə güclü və sıx bir duman qatı ortaya çıxıb. 63 nəfərin işlədiyi fabrikin yanması nəticəsinə ölənlərin olmadığı deyilir. Xoşbəxtlikdən hadisə nəticəsində ağır xəsarət alan olmayıb. Hətta yanğını söndürmək üçün vertalyotlar da cəlb olunub.